ABŞ-ın Türkiyədəki yeni səfiri bəlli oldu

ABŞ Senatı Con Bassı Birləşmiş Ştatların Türkiyədə yeni fövqəladə və səlahiyyətli səfiri qismində təsdiq edib. musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” nəşri xəbər yayıb.

Con Bass bu vəzifəyə hələ iyunda namizəd göstərilmişdi. Senatda təsdiqlənmə sentyabrın 17-də baş tutub. 98 senator onun səfir kimi təsdiqlənməsinə səs verib. Əleyhinə olan, bitərəf qalan olmayıb. Senat üzvlərinin sayı 100-dür.

Con Bass 2009-2012-ci illərdə ABŞ-ın Gürcüstandakı səfiri işləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar