Avropa Parlamentindən hakimiyyətə ciddi tələblər

Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib.

Müzakirələr zamanı avropalı parlamentarilər Azərbaycanda vəziyyəti tənqid ediblər. Qətnamənin layihədə olduğu kimi, yoxsa hansısa düzəlişlərlə qəbul edildiyi hələlik bəlli deyil.

Müzakirələrin yekunu barədə Avropa Parlamentinin saytında yerləşdirilən məlumatda deyilir:

“Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlər hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırır.

Avropa Parlamentinin deputatları Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Həsən Hüseynlinin həbsini pisləyir, onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir.

Avropa Birliyi Azərbaycanla əməkdaşlığı dəstəkləyir, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar