Bakıda dəyəri 8,5 milyon dollar olan gəmi istehsal ediləcək

Zavod Qazaxıstan və Türkmənistandan da sifariş qəbul edib

Gələn aydan etibarən Bakı Gəmiqayırma Zavodu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə dəyəri 8,5 mln. dollar olan gəminin istehsalına başlayacaq.

APA-Economics xəbər verir ki, bunu Bakı Gəmiqayırma Zavodunun baş menecerinin müavini İmamverdi Həsənov bildirib.

O qeyd edib ki, bu ilin aprel ayında Xəzər Dəniz Gəmiçiliyi zavoda 3 ədəd 80 nəfərlik heyət gəmisinin istehsalını sifariş edib. Hazırda zavodda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi əsasında Xəzər Dəniz Gəmiçiliyinin ən böyük yanalma-qazma qurğusunun pantonlarının tikintisi həyata keçirilir. Tikinti bu ilin noyabr ayında başa çatacaq.

Bu layihə Bakı Gəmiqayırma Zavodu ilə BP şirkəti arasında bağlanıb. Dəyəri 378 mln. dollarlıq layihə başa çatdıqdan sonra sualtı tikinti gəmisi sahildən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının 2-ci mərhələsi üçün səfərbər olacaq. Gəmi 2017-ci ilin aprel ayında hazır olacaq.

Xəzər Dəniz Gəmiçiliyinin digər gəmilərinə gəldikdə, onların hər birinin tikinti müddəti 18 ay çəkəcək.

İ.Həsənov qeyd edib ki, bu günə qədər zavoda 470 mln. dollar vəsait yatırılıb: “Zavodun tikintisi 3 mərhələdən ibarət olacaq. Növbəti 2-ci mərhələnin tikintisi üçün 180 mln. dollar nəzərdə tutulub. Zavod Qazaxıstan, Türkmənistandan da sifariş qəbul edib.

Müəssisədə 500 adam çalışır, onlardan 40 nəfər Sinqapurdan olan mütəxəssislərdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar