“VERTOLYOTUM DA VAR - SONRA?!” - "Şərurlu İsfəndiyar"

Şərurlu İsfəndiyar oğlunun 650 minlik maşına sahib olması haqda açıqlama verdi

Oğlu 650 min manatlıq “Lamborghini”yə sahib olan tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov “Yeni Müsavat”a vertalyota sahib olmasından danışıb. İ.Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verib: “Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”

Maraqlıdır ki, bundan əvvəl bizimyol-a verdiyi açıqlamada İ.Axundov oğlunun bahalı maşına sahib olmasını ciddi-cəhdlə təkzib etmişdi.

Sitat: “Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm”.

İsfəndiyar Axundov bildirmişdi ki, internet saytlarında 650 min dollarlıq "Lamborghini" avtomobilinin onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil.

Ancaq maraqlıdır ki, Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, “My new car, lambo#aventador” haştagından istifadə edib.

Qeyd edək ki, məsələ ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər. “Lamborghini Gallardo” markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilirdi.

Qeyd olunurdu ki, həmin avtomobil iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.

2 gün əvvəl isə baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun deputat oğlu Aydın Abbasov özünün motosiklet sürməsinə münasibət bildirərkən “Azərbaycanda elə yüksək vəzifəli şəxslər vardır ki, təyyarə də sürürlər” demişdi. A.Abbasov fikrini konkretləşdirməsə də, bəlli olur ki, İsfəndiyar Axundov kimi vəzifə daşıyıcısı olmayan şəxslər də vertolyota sahibdirlər.

Deputatın təyyarə sürən vəzifəli şəxslər dedikdə kimləri nəzərdə tutmasını da araşdırırıq. Yaxın saylarımızda araşdırmamızın nəticəsini oxucularımıza təqdim edəcəyik.(Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar