Avropa Parlamentinin qətnaməsinə XİN-dən də cavab gəldi

xin-bina-tezeAvropa Parlamentinin Azərbaycanla bağlı sentyabrın 18-də qəbul etdiyi qətnaməyə rəsmi Bakı reaksiya verib.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə deyib ki, qətnamə qərəzli münasibətin göstəricisidir və Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır.

"Bu il sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və Trans-Anadolu layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir", - deyə XİN sözçüsü bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar