““QONDARMA, SEPARATÇI REJİM” SÖZLƏRİNDƏN UZAQ DURMAQ LAZIMDIR” – Sabiq nazir

“Prezident İlham Əliyevin Soçidə Qarabağlı bağlı verdiyi bəyanat Azərbaycan cəmiyyətindəki narahatlığı bir qədər aradan qaldırdı”. Bu sözləri Yenisabah.az keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Qarabağla bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.

İlham Əliyev Soçidə birmənalı şəkildə Qarabağın Azərbaycana aid olduğunu bəyan edib: “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ – bu, Azərbaycandır və nida işarəsi”.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistanındır, nöqtə” şəklində bəyanat vermişdi.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatından sonra Azərbaycan cəmiyyəti ona veriləcək cavabı səbirsizliklə gözləyirdi. “Hətta bir qədər narahatlıq yaranmışdı. Lakin prezident İlham Əliyevin bəyanatından sonra bəlli oldu ki, Azərbaycan tərəfi ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Hesab edirəm ki, bu çox vacib və vaxtında verilən bəyanatdır”, - deyə keçmiş XİN rəhbəri bildirib.

Tofiq Zülfüqarov bəyanatın Soçidə verilməsinə də diqqət çəkib: “Bu cür bəyanatların hansı auditoriya qarşısında verilməsi vacib amillərdən biridir. Məhz Rusiya prezidenti Vladimir Putinin qarşısında, onunla danışıqlardan sonra belə bir bəyanatın verilməsi Paşinyana və Ermənistana ciddi cavabdır”.

Bəyanatın Qarabağla bağlı aparılan danışıqlara təsirinə gəlincə, Tofiq Zülfüqarov deyib ki, Azərbaycan prezidentinin və Ermənistanın baş nazirinin bəyanatlarından sonra real danışıqlar üçün yer qalmayıb. “Nə Paşinyan mövqeyindən geri çəkiləcək, nə də ki, Azərbaycan prezidenti. Beləliklə, onların bəyanatlarını üst-üstə qoyanda görürük ki, real danışıqlara yer qalmayıb.

Bəzən Ermənistanın mövqeyindən geri çəkildiyini deyirlər. Lakin mən bununla razı deyiləm. Ən azı ona görə ki, Paşinyan öz bəyanatından imtina etməyib.

Bununla belə, istisna deyil ki, Rusiyanın xarici işlə naziri Sergey Lavrov və ermənispərəst qüvvələr danışıqlar görüntüsü yarada bilər. Təbii ki, biz də bunu lazımi şəkildə qəbul etməliyik.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Əslində, Paşinyanın bəyanatı bir tərəfdən müsbətdir ona görə ki, baş nazir bununla Ermənistanın Qarabağla bağlı real siyasətini nümayiş etdirib. Bu bəyanatı eşidəndən sonra “qondarma rejim”, “separatçı rejim” sözlərindən uzaq durmaq lazımdır. Burada separatçılıqdan yox, bir dövlətin başqa bir ölkənin ərazi bütövlüyünü pozaraq onun torpaqlarını öz ərazisinə birləşdirmək cəhdindən söhbət gedir. Yəni, Ermənistan birmənalı olaraq irredentizm siyasəti yürüdür. Azərbaycan prezidentinin bəyanatı isə bunun heç bir halda baş verməyəcəyinə işarədir”.

635x100

Şərhlər

Elli 2019-10-04 16:30:00

ermənilər nə deyirlərsə desinlər Qarabağ alınacaq, buna heç bir şübhə etməsinlər. O Xankəndli sakininə məsləhətim budur ki, özlərini incitməsinlər, yola gəlsinlər. Yoxsa ki, əhalinin yarısının qırılmağına, içi mən qarışıq razıyıq.

Xankəndli(Stepanakertli) 2019-10-04 16:30:00

Cənab siyasi DİPLOMAT T.Zülfüqarov, Sizcə, 14.06.1988ci il tarixli vəhşi rəsmi hərbi terrora qarşı növbəti tolerant "QARABAĞ BİZİMDİR!" nidası Şimal həllinəmi və ya BMT TŞ qətnaməsinin Bakı tərəfindən icrasınamı ümid verir? Yoxsa, Qarabağ və ətrafı separatca (neft yataqları kimi) uzun müddətli icarəyə verilib?

etiii 2019-10-04 16:30:00

Beli !!!! tam doqru ......

Oqtay 2019-10-04 16:30:00

Yaddan çıxarmayaq ki biz babalarımızın kökündən gəlmişik.Onlar Yerevanı Zəngəzuru verib özlərindən razı bu dünyadan köçüblər bizdə Qarabağı verib söz duelinə çıxmışıq. Köçaryan bunu dedi biz isə ondan bətərini 1000 dənə bəhanə tapırıq vuruşmaqdan başqa. Bizdə babalarımız kimi olsaq onda batdı bu millət bu ölkə. Birdə bu millətin qəhrəmanlığından danışmaq gülməlidir.Biz qəhrəman yox dözümli millətik başqa xassələrini demirəm

Son yazılar