TEYMUR RƏCƏBOV DÜNYA KUBOKUNUN QALİBİ OLDU - Azərbaycan tarixində ilk dəfə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı "tay-breyk" görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.

Altıncı duel Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub - 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

635x100

Şərhlər

Roma 2019-10-04 19:29:35

Çox sağ ol, necə deyərlər sükanı belə saxla...

Kilimci 2019-10-04 19:29:35

Shehriyar Memmedyarova numune olsun. Gorsun ki, ish ortaya qoymaq nece olur, ishi ile gundeme gelmek nece olur. Yoxsa onun kimi bir-iki ugurundan eyforiyaya qapilib ucdan tutma her kese yuxaridan baxmaq ...

Elli 2019-10-04 19:29:35

Teymur səni ürəkdən təbrik edirik. Arzu edirik ki, dünya çempionu olasan inşaallah!Halal olsun Sənə.

Veteran 2019-10-04 19:29:35

Halal olsun ay Teymur!

Son yazılar