Boris Conson Aİ-dən "Brexit"in təxirə salınmasını istəyə bilər

Böyük Britaniyanın baş naziri Boris Conson oktyabrın 19-dək Avropa İttifaqı (Aİ) ilə yeni saziş olmayacağı təqdirdə, Aİ-dən "Brexit"in daha sonraya tarixə salınmasını istəyəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu vəkil Co Maemin "Twitter"də yayımladığı hökumət sənədi sübut edir.

Co Moem sərt "Brexit"ə qarşı çıxan və oktyabrın 19-dək Aİ ilə saziş olmayacağı təqdirdə, baş nazirin "Brexit"in üç ay müddətinə təxirə salınmasını istəməyə məcbur edən və bu yaxınlarda qüvvəyə minən qanuna əməl etməyəcəyi halda, ona qarşı hansı tədbirlərin görülə biləcəyini təyin etmək xahişi ilə Edinburq sessiya məhkəməsinə müraciət edən qrupun maraqlarını təmsil edir.

Məhkəməyə müraciət edilməsi B.Consonun daim Britaniyanın oktyabrın 31-də Aİ-ni tərk edəcəyini vurğulaması ilə bağlıdır.

İclas zamanı oxunan və Moemin sosial şəbəkədə göstərdiyi sənəddə bildirilir ki, şərtlərə əməl olunmadığı təqdirdə, baş nazir oktyabrın 19-dan gec olmayaraq təxirəsalma istəyi ilə Aİ-yə məktubla müraciət edəcək.

Baş nazirin ofisi məhkəmə prosesinin hələ başa çatmadığını əsas gətirərək vəziyyəti şərh etmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar