İsmayıllı məhbusları ilə bağlı son qərar sentyabrın 24-də veriləcək

Sentyabrın 18-də Şəki Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və 8 nəfər digər İsmayıllı məhbusunun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Vəkilin dediyinə görə, prosesdə hadisə yerinə baxışla bağlı sənəd təqdim olunub. Daha sonar müdafiə tərəfi və təqsirləndirilən şəxslər çıxış edib.

Növbəti proses sentyabrın 24-ə təyin olunub. Vəkilin sözlərinə bu prosesdə məhkəmə son qərarını açıqlayacaq 2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.

REAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar