Bakıda iki avtomobil toqquşub

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil arxadan işıqforun qırmızı işığında dayanan "Opel Astra" markalı avtomobilə çırpılıb. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar