İtaliyada polis bölməsi qarşısında atışma olub

İtaliyanın Triest şəhərində baş vermiş atışmada iki polis əməkdaşı həlak olub.

Bu barədə "Report" ANSA agentliyinə istinadla xəbər verir.

Qeyd edilir ki, atışma polis bölməsinin binası qarşısında baş verib. Hadisə zamanı daha üç polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Ehtimal edilir ki, həmin şəxs hücum edən silahlıdır.

Hazırda polis atışmanın baş verdiyi ərazini əhatəyə alıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin informasiyaya görə, iki nəfər polis bölməsinin binasına daxil olaraq içəridəkilərə atəş açıb.

Qeyd edilir ki, asayiş keşikçiləri silahlılara cavab atəşi açıblar və cinayətkarları təqib etməyə başlayıblar. Lakin hücum edənlərdən biri gizlənməyə nail olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar