Məşhur şairin oğlu avtomobil qəzasına düşdü - Komadadır

Şəhriyar təxəllüsü ilə tanınan məşhur şair Məhəmmədhüseyn Behcət Təbrizinin oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb. Bu barədə Trend-ə Təbrizdən məlumat verilib.

Məlumata görə, şairin oğlu Təbrizin İmam Rza xəstəxanasında reanimasiya şöbəsindədir.

Komada olan Hadi Behcətin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şair Məhəmmədhüseyn Şəhriyarın üç övladı var. Qızları Şəhrzad və Məryəm Tehranda, Hadi isə Təbrizdə yaşayır. Hadi Ustad Şəhriyar Muzeyinin rəhbəridir.

635x100

Şərhlər

NURəddin 2019-10-05 16:58:03

ALLAH ŞƏFA VERSİN.

Son yazılar