Qafqaz qadınlarını təhqir etdi, sonra yalvararaq üzr istədi - VİDEO

Rusiyada qalmaqallı çıxışları ilə tanınan “Quf” ləqəbli rep ifaçısı Aleksey Dolmatov qafqazlılardan üzr istəyib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, reper bir neçə gün əvvəl Kseniya Sobçakın verilişində öz şəxsi həyatı barədə danışarkən qafqazlı qadınları təhqir edərək, onları “xoçuxalar” (istəyənlər-red.) adlandırıb. Reper deyib ki, onun ilk sevgilisi gürcü qızı olub. Daha sonra 10 il çeçen əsilli xanımla ailəli olub. İndi isə yenə bir gürcü xanımla yaşayır.

Görünür, bu açıqlamalarından sonra rusiyalı reper ciddi təhdidlərlə üz-üzə qalıb. A.Dolmatov ona qarşı sosial şəbəkələrdə kütləvi şəkildə təpki göstərildiyini deyib. Böyük ehtimalla, danışığını bilməyən reperə qafqazlılar tərəfindən bərk hədə-qorxu gəlinib.

Etdiyi hərəkətə görə hər an cəzalandırıla biləcəyini anlayan reper söylədiyi sözlərdən çox peşman olduğunu bildirib. Bununla bağlı videomüraciət yayan “Quf” dili topuq vura-vura bütün Qafqaz xalqlarından, xüsusilə də çeçenlərdən dönə-dönə üzr istəyib və deyib ki, qafqazlılara böyük hörməti var. Dolmatov bildirib ki, bu cür sözlər deməli deyildi və kişilər belə hərəkət etmirlər.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar