“Liverpul” 8-ci qələbəsini qazanıb, “Tottenhem” darmadağın olub

İngiltərə Premyer Liqasında VIII turun 6 oyun keçirilib.

APA-nın məlumatına görə, tur liderin növbəti qələbəsi ilə əlamətdar olub.

İtkisiz irəliləyən “Liverpul” öz meydanında “Lester”i məğlub edib. “Tottenhem” isə “Brayton”la görüşdə darmadağınla üzləşib.

Qeyd edək ki, turun son matçları oktyabrın 6-da baş tutacaq.

İngiltərə Premyer Liqası

VIII tur

5 oktyabr

“Brayton” – “Tottenhem” – 3:0

Maupay, 3, Konnoli, 32, 65

“Bernli” – “Everton” – 1:0

Hendrik, 72

“Liverpul” – “Lester” – 2:1

Mane, 40, Milner, 90 (pen.) – Meddison, 80

“Norviç” – “Aston Villa” – 1:5

Drmiç, 80 – Uesli, 14, 30, Qraliş, 49, Hurihayn, 61, Luiz, 83

“Uotford” – “Şeffild Yunayted” – 0:0

“Vest Hem” – “Kristal Pelas” – 1:2

Haller, 64 – Van Anholt, 63 (pen.), Ayyu, 87

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar