“Qalatasaray” autsayderə qalib gələ bilməyib

Türkiyə Super Liqasında VII tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə 3 matç keçirilib.

“Kasımpaşa”nın qonağı olan “Konyaspor” səfərdəki böyükhesablı qələbə ilə 2-ci pilləyə yüksəlib. “Göztəpə” evdə “Kayserispor”u darmadağın edib.

Son çempion “Qalatasaray” “Gənclərbirliyi”nin qonağı olub. Mövsümə yaxşı başlamayan istanbullular autsayderə qalib gələ bilməyiblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası

VII tur

5 oktyabr

“Kasımpaşa” – “Konyaspor” – 1:4

Sari, 45 – Şahiner, 21, Yevtoviç, 45 (pen.), Miya, 45+2, 63 (pen.)

“Göztəpə” – “Kayserispor” – 4:0

Öztürk, 7, Aydoğdu, 42, Napoleoni, 45, 50

“Gənclərbirliyi” – “Qalatasaray” – 0:0

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar