FTB Nyu-Yorkda rusiyalı deputatı saxlayaraq dindirib

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Nyu-Yorkdakı hava limanında jurnalist, Rusiya Dövlət Dumasının deputatı İnqa Yumaşevi saxlayıb və dindiriblər.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib.

Onun sözlərinə görə, FTB-dən olan şəxs Amerikaya “Dialoq Fort Ross” forumu üçün gələn Rusiya nümayəndə heyətinin üzvünü saxlayıb və bir saat dindirib.

Antonov qeyd edib ki, ABŞ departamentinin digər əməkdaşı isə Yumaşevaya “qeyri-rəsmi şəraitdə” danışmağı təklif edib.

İcazəsiz dindirilmə səbəbiylə Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə etiraz notası təqdim edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar