“ABŞ-ın danışıqlar masasına heç bir şey qoymaması bizi məyus etdi” - Şimali Koreya

KXDR-in Xarici İşlər Nazirliyinin xüsusi səfiri Kim Myon Gil ABŞ nümayəndələri ilə danışıqların nəticəsiz qaldığını elan edib.

APA xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

O bildirib ki, ABŞ hakimiyyəti ölkələr arasında danışıqların gələcəyi üçün məsuliyyət daşıyır. ABŞ tərəfdən isə Vaşinqtonun KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen danışıqlarda iştirak edib.

Bildirilir ki, danışıqlar Stokholmda aparılıb. KXDR və ABŞ nümayəndələrinin görüşünün məqsədi ABŞ-ın 2018-ci ilin iyununda Sinqapurda keçirilmiş ilk zirvə görüşü çərçivəsində əldə edilmiş razılaşmanın həyata keçirilməsi üzrə danışıqları davam etdirmək olub.

“ABŞ-ın danışıqlar masasına heç bir şey qoymaması bizi məyus etdi”, - Gil belə deyib.

Şimali Koreya nümayəndəliyinin rəhbəri onu da əlavə edib ki, ölkələr arasındakı gələcək danışıqlar 2019-cu ilin sonuna qədər dayandırılır və o, ABŞ tərəfinə öz mövqeyini götür-qoy etməyi məsləhət görüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar