Cozef Bayden Trampı səlahiyyətlərindən sui-istifadədə ittiham edib
Baxiş sayı:
Dərc olunub:
06/10/2019 - 11:23
ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp prezident səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edir.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin elektron versiyasına istinadla TASS xəbər yayıb.
"Dövlət başçısı Trampın prezident hakimiyyətindən sui-istifadə etməsinə dair daha çox sübutlar meydana çıxır", - deyə Bayden bildirib.
Keçmiş vitse-prezident qeyd edib ki, Tramp həmçinin öz vəzifəsindən milli maraqların inkişafı əvəzinə şəxsi maraqların təmin edilməsi üçün yararlanır.
"O, yalnız hakimiyyəti bunun bir insana necə xeyir gətirə bilməsi kimi görür", - Bayden əlavə edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.