Beynəlxalq Müəllimlər Günü Naxçıvan Qarnizonu məktəbində qeyd olunub

Naxçıvan Qarnizonu tam orta məktəbində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

"Report"un Müdafiə Nazirliyinə istinadən məlumatına görə, tədbirdə bildirilib ki, ötən tədris ilində məktəbin 21 məzunundan 19-u ali təhsil müəssisələrinə, 2 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə daxil olub.

Məzunlardan 5-i daha yüksək nəticə göstərib. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3-ü Azərbaycan Respublikasının, 1-i Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Çıxışların ardından təhsildə fərqlənən müəllimlər qiymətli hədiyyə və fəxri fərmanla təltif olunublar. Sonda şagirdlər müəllimlərini müxtəlif mahnı və şeir nümunələri ilə təbrik ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar