Rusiyada beynəlxalq elmi-təcrübi konfrans keçirilib – Professor Zahid Məmmədov məruzə ilə çıxış edib

Dərc olunub: 06/10/2019 - 18:06

 

5Oktyabrın 2-dən 4-nə qədər Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Fundamental Tədqiqatlar Fondunun maliyyə dəstəyi ilə “Rəqəmsal iqtisadiyyatın formalaşması kontekstində milli iqtisadi sistemlər” adlı beynəlxalq elmi-praktik konfransı  keçirilmişdir.

Konfrans çərçivəsində Kabardino-Balkar Dövlət Aqrar Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi, Rusiyada, yaxın və uzaq xarici ölkələrdə fəaliyyət göstərən universitetlərin aparıcı alimlərini bir araya gətirib.  Konfransada 30 ölkədən 80 universitettin təmsilçiləri, tanınmış elm xadimləri iştirak ediblər.

Konfransda ölkəmizdən Azərbaycan Dövlət İqtisad Universitetinin- UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi Departmentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov da iştirak edib.

Forumun ilk günündə diskussiya meydançalarının plenar iclası və işi keçirilib. Plenar iclası açan Kabardino-Balkar Dövlət Aqrar Universitetinin rektoru Aslan Apajev deyib: “Sevindirici haldır ki, Rusiyada, eləcə də yaxın və uzaq xaricdəki 42 elmi və təhsil müəssisəsini təmsil edən müəlliflərin 140-dan çox əsəri konfransa təqdim edilib.”

Sonra Rəyasət Heyəti təqdim edilib. Rəyasət Heyətinin tərkibinə KBR iqtisadi inkişaf naziri Boris Rahaev,  Azərbaycan Dövlət İqtisad Universitetinin (Bakı) Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin direktoru, İŞİK Universitetinin (Türkiyə Respublikası) İqtisadiyyat kafedrasının professoru Zahid Məmmədov,  Abxaziya (Suxumi) Elmlər Akademiyasının İqtisadiyyat və Hüquq İnstitutunun direktoru Zaur Şalashaa, Monqolustan Elmlər Akademiyası, Beynəlxalq Araşdırmalar İnstitutu, Regional İqtisadiyyat və Beynəlxalq təşkilatlar şöbəsinin müdiri Avirmed Davaasuren daxil edilib..

1ZA

Konfrans iştirakçıları forum mövzusunda təqdimatlar ediblər. Konfrans elmi ictimaiyyətin məlumat mübadiləsi baxımından da böyük əhəmuiyyət daşıyıb.

Forum “Rəqəmsal iqtisadiyyat – yeni həyat keyfiyyəti, biznes və ictimai xidmətlər” müzakirə platforması və aşağıdakı elmi bölmələdə işini davam etdirib.

1. İqtisadiyyatın rəqəmsallaşdırılması formatında dövlət və bələdiyyə inkişafının yeni texnologiyaları. ”
2. “Rəqəmsallaşma və texnoloji platformaların yaradılması əsasında iqtisadiyyatın əsas sektorlarının innovativ inkişafı.”
3. “Turistik məkanların inkişafı, turizm məkanının rəqəmsallaşdırılması xüsusiyyətləri və perspektivləri.”
4. “Tikinti və mənzil-kommunal təsərrüfatında rəqəmsal texnologiyaların inkişafı”.

Professor Z. Məmmədov konfransda geniş məruzə iə də çıxış edib.  Onun məruzəsi konfrans iştirakçılarının geniş marağına səbəb olub. Təsadüfü deyil ki, professor Z. Məmmədov “Rusiya 24″ telekanılına dəvət olunaraq, ondan geniş müsahibə alınıb.

1

Konfrans barədə daha geniş məlumatı professor Zahid Məmədov “AzPolitika.info”ya müsahibəsində açıqlyacaq

Elman
AzPolitika.info

2ZA

45

2 3

 

6 7 11 10

 








loading...


Fikrinizi bildirin