ABŞ-ın Türkiyədəki səfirliyi Baxçalı ilə əlaqədar ikinci dəfə üzr istəyib

ABŞ-ın Türkiyədəki səfirliyi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə əlaqədar gün ərzində ikinci dəfə üzr istəyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, üzr ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, D. Baxçalı xəstəxanaya yerləşdirildikdən sonra E. Babahan “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ''Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır”. Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Səfirlik bu gün açıqlama yayaraq “Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib. Ancaq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə böyük narazılıq yaradan bu addımla əlaqədar bu gün ABŞ səfirliyinin müvəkkilini çağıraraq rəsmi izahat tələb edib.

Baş verən olayı bir xəta kimi dəyərləndirən ABŞ səfirliyinin bu gün yaydığı ikinci üzr mətnində qeyd edilib ki, E. Babahanla əlaqələri yoxdur, statusunu da dəstəkləmir və qəbul etmirlər.

635x100

Şərhlər

Mirzə AĞ 2019-10-06 18:54:29

Milli dəyərlərin daşıyıcısı olan Dövlət Baxçalı həmişə ox olub, ABŞ-n gözlərinə batıb!!!

Son yazılar