REKTORUN ÇAĞIRIŞINA DEPUTATLARDAN DA CAVAB GƏLDİ – “Niyə biz dünyada olan bu praktikadan istifadə etməyək?”

 

Sona Əliyeva:"Hansı universitelərimiz keyfiyyətli, təkmil bir sistem qurarlarsa, orada distant təhsilin tətbiqinə başlamaq olar"

Çingiz Qənizadə: "Distant təhsil  müasir dövrün tələbidir və mən Ədalət müəllimin bununla bağlı təkliflərini dəstəkləyirəm"

Osman Gündüz: "Düşünürəm ki, Təhsil Nazirliyi ləngimədən distant təhsil formasına start verməlidir"

Müasir təhsil formalarından biri olan distant təhsilin hələ də Azərbaycanda tətbiq edilməməsi geniş müzakirə mövzusuna çevrilməkdədir. Xüsusən, Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradovun ölkəmizdə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinin zəruriliyinə dair çağırışı bu məsələni təhsil cameəsinin, elm ictimaiyyətinin gündəminə gətirib.

Tanınmış ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri UNEC-in rektorunun təklifinin reallaşdırılması istiqamətində konkret addımların atılmasına, distant təhsilin tətbiqi mexanizmlərinin yaradılmasına dair hökumətə və parlamentə çağırışlar ediblər. Müasir təhsil formalarından biri olan distant təhsildən Azərbaycan gənclərinin də yararlana bilməsi üçün yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılan “Ali təhsil haqqında” Qanun layihəsində bununla bağlı müddəaların əks olunmasını təklif edirlər.

Bəs deputatlar bu haqda nə düşünür?

“XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır”

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda bu məsələyə toxunaraq, artıq ölkəmizdə də ali təhsilin təsnifatlaşdırılmasının zəruri olduğunu bəyan edib: “Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.

Professor Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər”.

“Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər” - deyə UNEC rektoru bildirib.

“Dünyada mövcud olan bu praktikadan Azərbaycanda da istifadə edilməsinin zamanı çatıb”

Professor Ədalət Muradovun bu təkliflərinə yuxarıda qeyd etdiyimiz kimi, ölkənin təhsil cameəsinin tanınmış nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri də qoşularaq, hökumətə və parlementə çağırışlar ediblər. Bu haqda “AzPolitika.info” saytında geniş yazılar dərc olunub. (Bax: “Universitetlərin giriş qapılarını geniş açmalıyıq…” və “Distant təhsili yüksək səviyyədə həyata keçirmək olar” başlıqlı yazılara.).

Bu çağırışlarla deputatların reaksiyasını, eləcədə distant təhsilə olan münasibətini öyrənmək üçün bəzi millət vəkilləri ilə əlaqə saxladıq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva “AzPolitika.info”ya açıqlamasında Azərbaycanda distant təhsilin tətbiqinin tərəfdarı olduğunu bildirdi: “Ali təhsil haqqında” Qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Amma layihə forması, təbii ki, mövcuddur. Həm millət vəkilləri, həm də vətəndaş cəmiyyətindən, yəqin ki, müəyyən təkliflər olacaq, Təhsil Nazirliyi də özünün təkliflərini verəcək. Əlbəttə, indidən distant təhsil məsələsinin “Ali təhsil haqqında” Qanunda öz əksini tapıb-tapmayacağını söyləmək mümkün deyil. Ancaq mənim fikrimcə, dünyada mövcud olan bu praktikadan Azərbaycanda da istifadə edilməsinin zamanı çatıb. Düşünürəm ki, bu sahədə özünü doğruldan universitetlərin təcrübəsi öyrənilərək, distant təhsil ölkəmizdəki ali məktəblərdə də tətbiq oluna bilər”.

Sona Əliyevanın sözlərinə görə, Azərbaycanda indiyədək distant təhsilin tətbiq edilməməsi həm universitetlərdə bununla bağlı maddi-texniki bazanın, həm də qanunvericilik bazasının və yaxud müvafiq qaydaların olmaması ilə bağlıdır: “Azərbaycanda, hansı universitet olmasından asılı olmayaraq, distant təhsil alanların diplomları nasifikasiya olunmur. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Distant təhsilin tətbiqi üçün bu istiqamətlərdə işlər həyata keçirilməlidir. Hansı universitelərimiz keyfiyyətli, təkmil bir sistem qurarlarsa, orada distant təhsilin tətbiqinə də başlamaq olar. Amma yarımçıq, formal və yaxud da diplom xatirinə belə bir sistem quran ali məktəblərə distant təhsil aparmağa icazə verilməməlidir. Təhsil birmənalı şəkildə keyfiyyətə əsaslanmalıdır. Təhsil keyfiyyətlidirsə, var deməkdir, keyfiyyəti yoxdursa, o diplomun kağız parçası qədər heç bir önəmi yoxdur”.

“Ölkədə belə bir mərkəz hazırlanıbsa, deməli, distant təhsilin tətbiqinin də zamanı gəlib”

Sona Əliyeva UNEC-də bu istiqamətdə görülən işlərin yüksək dəyərə malik olduğunu bildirdi: “UNEC bugün Azərbaycan təhsil müəssisələri arasında, həqiqətən də, seçilən bir təhsil müəssisəsidir. Bunu hamı etiraf edər ki, hazırda İqtisad Universiteti çox inkişaf edib. Orada distant təhsil vermək üçün hazırlanan mərkəzdə şəxsən olmasam da, yüksək infrastrukturun yaradıldığı haqda məlumatım var. Ölkədə belə bir mərkəz hazırlanıbsa, deməli, distant təhsilin tətbiqinin də zamanı gəlib. Qeyd edim ki, hər bir universitetin inkişafı, onun başında olan rəhbərliyin və kollektivin fəaliyyətindən asılı olan bir şeydir. UNEC-in inkişafında, hər kəs çox razı qaldığı bir universitetə çevrilməsində, əlbəttə rektor Ədalət Muradovun əməyi çox yüksəkdir. Əgər bugün Ədalət müəllim UNEC-ni distant təhsil verməyə hazır olduğunu deyirsə, deməli, hazırdır.

Düşünürəm ki, məhz bu cür infrastrukturu olan, keyfiyyətli təhsil verməyə hazır olan universitetlər distant təhsili həyata keçirə bilər. Əgər doğrudan da, mükəmməl formada təhsil verə biləcək sistem qurulubsa, niyə biz dünyada olan bu praktikadan istifadə etməyək?”

Millət vəkili təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin artıq zamanın tələbi olduğunu bildirdi: “Biz texnoloji dövrdə yaşayan insanlarıq. Dərsliklər kompüterlərə, planşetlərə köçürülür. Dünyanın hər bir yerində bu məqbuldur. Ona görə də təhsilin tələbələrə ötürülməsində də texnologiya imkanlarından istifadə olunmasında bir problem görmürəm. Bunu təmin etmək üçün mexanizm yaradılmalıdır. Son illərdə Təhsil Nazirliyinin apardığı ümumi islahatlar inkişaf etmiş ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiqinə yönəlib. Həm qanunvericilikdə olan dəyişikliklər baxımından, həm ümumilikdə təhsil alan və verənlərin diaqnostik qiymətləndirilməsini, işə qəbul prosesini formalaşdırması çox yaxşıdır. Bu baxımdan distant təhsilin tətbiqi ilə bağlı dünya təcrübəsinin öyrənilərək, tətbiqi üçün ən yüksək səviyyəli mexanizmlərin yaradılacağına şübhə etmirəm”.

“ADA, UNEC kimi yaxşı imici olan, keyfiyyətli təhsil verən universitetlər bu işi həyata keçirə bilər”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva distant təhsilin tətbiqi ilə bağlı ictimaiyyətin çağırışlarına deputatların da dəstək verəcəyinə, bu istiqamətdə təkliflərlə çıxış edəcəklərinə inandığını bildirdi: “Düşünürəm ki, deputatlar da bu təhsil formasının tətbiqinə müsbət yanaşacaqlar. Mən hələ təkliflərimi təqdim etməmişəm. Amma, təbii ki, ali təhsillə bağlı təkliflərim olacaq. Distant təhsillə bağlı məsələni də mən gündəmə gətirmək istəyərəm. Bunun müəyyən şərtlər daxilində, Azərbaycanda tətbiq olunmasının tərəfdarıyam. Məsələn, ADA, UNEC kimi yaxşı imici olan, keyfiyyətli təhsil verən universitetlər bu işi həyata keçirə bilər. Bunlar hamısı akkreditasiya qaydaları ilə tənzimlənməlidir. Akkreditasiya qaydaları təsdiq olunmalıldır və akrititə olunan ixtisaslar üzrə distant təhsil verilməlidir. Belə ki, müəyyən ixtisas üzrə distant təhsil vermək istəyən universitet, müvafiq akkreditasiya qaydalarından keçməlidir. Bütün dünyada, bu qayda belədir. Türkiyənin özündə, məsələn 10 universitet var ki, tibb təhsili verir. Amma onlardan 4-ü akrititə olunub. Bu universitetlərdə verilən təhsil beynəlxalq standartlara cavab verir. Bizdə də, distant təhsil verilməsi üçün keyfiyyətli şəkildə akrititə qaydalarını hazırlamaq lazımdır. Bu qanunvericilikdə də əksini tapmalıdır. Mən keyfiyyətli distant təhsilin tətbiqinin tərəfdarıyam. İndi bütün dünyada distant təhsil formasından istifadə edirsə, Azərbaycan universitetlərinə də bu şərait yaradılmasının zəruri olduğunu düşünürəm”.

“Əgər dünya təcrübəsində bu təhsil forması varsa, qonşu ölkələrdə bu varsa, biz niyə geri qalaq?”

Millət vəkili Çingiz Qənizadə də distant təhsil formasının Azərbaycanda tətbiqinin tərəfdarı olduğunu bildirdi: “Mən distant təhsil ölkəmizdə tətbiqinin tərəfdarıyam. Ədalət müəllimin fikirlərini dəstəkləyirəm. Distant təhsillə bağlı uzun müddətdir müzakirələr getsə də, hələ də Azərbaycanda tətbiqi mexanizmləri təsdiqlənməyib. Əgər dünya təcrübəsində bu təhsil forması varsa, qonşu ölkələrdə bu varsa, biz niyə geri qalaq?”

Çingiz Qənizadə qeyd etdi ki, bu gün bizim ali məktəblərdə tələbələrə davamiyyətə, dərs saatında iştirak etməməsinə və sair məsələlərə görə cərimə tətbiq olunması, onlardan pul alınmasının da əleyhinədir: “Tələbə dərsdə iştirak elədi, ya eləmədi, aktivlik və ya passivlik göstərdi, sonda imtahan verir. Ola bilər ki, tələbə semestr ərzində 6-7 dəfə və daha çox dərsə gəlməsin. Amma bu o demək deyil ki, o tənbəl və ya savadsız tələbədir. O gəlib imtahanda elə bir nəticə göstərə bilər ki, hər gün dərsə gələnlərdən qat-qat artıq olar. Necə ki, bu gün bizim kənd məktəblərində təhsil alıb gəlib 700 bala yaxın nəticə göstərən abituriyentlərimiz olur. Bu baxımdan biz o köhnə qaydalardan imtina etməliyik və müasirləşməliyik. Distant təhsil də müasir dövrün tələbidir və mən Ədalət müəllimin bununla bağlı təkliflərini dəstəkləyirəm”.

“Distant təhsil alan tələbələr üçün normal şərait yaradılarsa, Azərbaycan universitetlərinə axın ola bilər”

Millət vəkilinin sözlərinə görə, “Ali təhsil haqqında” Qanun parlamentdə müzakirəyə gəldikdə o da bununla bağlı təkliflərlə çıxış edəcək: “Şübhəsiz ki, bu qanun layihəsi Milli Məclisə gəldikdə, 3 dəfə plenar iclasa çıxarılacaq. Mən də müzakirələrdə aktiv iştirak edənlərdən biri olacağam. Düşünürəm ki, bu təhsil formasının Azərbaycanda tətbiq mexanizmləri qısa bir zamanda hazırlanıb, təsdiqlənməlidir.”

Çingiz Qənizadənin sözlərinə görə, distant təhsilin tətbiqi Azərbaycana xaricdən tələbə axını, universitetlərimizin pul qazanması ehtimalını da artırır: “Əlbəttə, bunu indidən qəti şəkildə söyləmək olmaz. Ancaq Azərbaycan bugün dünyanın ən stabil, ictimai-siyasi sabitliyi olan ölkələrdən biridir. Ölkəyə turist axınının artmasının səbəblərindən biri də budur. Təbii ki, distant təhsil alan tələbələr üçün normal şərait yaradılarsa, bu istiqamətdə Azərbaycan universitetlərinə axın ola bilər. Hər halda biz yeniliyə imza ataq və onun müsbət nəticələrini də yəqin ki, addım-addım görəcəyik”.

“Xarici universitetlər bu təhsil formasından milyardlar qazanır...”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsindən paylaşdığı yazıda isə Təhsil Nazirliyi distant təhsil formasının tətbiqindən ehtiyat etməsinin başadüşülən olmadığını bildirib: “Uzun müddətdir ki, ölkədə distant təhsilə başlamaqla bağlı müzakirələr aparılır.

Bundan 7-8 il öncə Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bəzi cəhdlər olmuşdu. Beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik də nəzərə alınmaqla hüquqi bazanın hazırlanması üçün konkret addımlar atılmışdı.

Multimedia Mərkəzi olaraq biz ölkədə distant təhsilin təşkili ilə bağlı zəruri hüquqi sənədlərin layihəsini də hazırlayıb Təhsil Nazirliyinə təqdim etmişdik. Amma nədənsə ötən müddət ərzində Təhsil Nazirliyi bu sahəyə ciddi diqqət yetirməyib.

Gizli deyil ki, bu formada təhsil xidmətlərinin təşkilində biznes daha çoxdur. Xarici universitetlər tanıyıram ki, bu təhsil formasından milyardlar qazanır. Bunu Amerikada, Oklahoma Universitetində olduğum zaman, Distant Təhsil Mərkəzinin işi ilə tanış olanda da müşahidə etmişdim. Elə Azərbaycanda da bizim tələbələrimiz hesabına bu təhsil forması ilə milyonlar qazanan xarici universitetlər oldu. Təhsil Nazirliyi hansı risklərdən ehtiyat edir və ya kimlər bu təhsil formasında maraqlı deyil?”

“Nə üçün Təhsil Nazirliyi buna start vermir, anlaşılmır...”

Osman Gündüzün sözlərinə görə, bir neçə gün öncə UNEC özünün distant təhsil formasına hazır olduğunu əyani olaraq nümayiş etdirdi: “Bundan öncə də biz bu universitetdə həmin mərkəzdə olmuşduq və bu təhsil qurumunda distant təhsil formasına hazırlıq üçün ciddi işlər aparıldığının şahidi olmuşduq.

Bir neçə gün öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da burada olub və distant formada təşkil olunacaq Çin dili kursları ilə tanış olub.

Beləliklə, qanunvericilikdə bu təhsil forması nəzərdə tutulub, güman ki, təkmilləşdirilməsinə ehtiyac olacaq hüquqi baza da var və ali təhsil qurumlarının da bəziləri artıq buna hazırdır.

Belə olan halda nə üçün Təhsil Nazirliyi buna start vermir, anlaşılmır.

Düşünürəm ki, Təhsil Nazirliyi ləngimədən distant təhsil formasına ilk öncə xarici tələbələr üçün, həmçinin də, təkrar ali təhsil, yenidənhazırlıq və əlillərin təhsili üçün start verməlidir.

Bu məqsədlə Təhsil Nazirliyində Komissiya yaradılmalıdır. Komissiya təhsil müəssisələrinin buna hazırlığını kompleks yoxlayıb distant təhsil formasına başlamaq üçün lisenziya verməlidir.

Əgər Təhsil Nazirliyi bunu etmək istəmirsə, onda universitetlərə bununla bağlı müstəqillik verilməlidir”.

“Tədris prosesi, idarəetməsi rəqəmsallaşmayan universitetlərə distant təhsilə icazə verilə bilməz”

Osman Gündüz onu da qeyd edib ki, distant təhsil üçün universitetlərdə Distant Təhsil mərkəzi, sertifikatlaşmış kadrlar və yetərli elektron tədris vəsaitləri olmalıdır: “Əgər imtahan məsafədən təşkil olunacaqsa tələbələrin identifikasiya mexanizmləri hazırlanmalıdır.

Tədris prosesi, idarəetməsi rəqəmsallaşmayan universitetlərə distant təhsilə icazə verilə bilməz.

Hazırda həm MDB məkanında , həm də xaricdə xeyli sayda tələbələr var ki distant formada təhsil almaq istəyirlər. Onlar bunun üçün pul da ödəməyə hazırdırlar. Bu mexanizmlər işə düşsə, elə özümüzün də xeyli sayda gənclərimiz ali təhsilə yiyələnə biləcəklər.

Son zamanlar universitetlərin əksərində rüşvət və korrupsiya yığışdırılıb. Universitetlər təhsilin inkişafı üçün əlavə vəsaitlər tapmalıdırlar. Təhsil haqqını qaldırmaq da əlavə problemlər yaradır.

Distant təhsil forması isə universitetlər üçün həm də əlavə imkanlar deməkdir.

Ümumiyyətlə, ölkəmizdə bu təhsil formasının tətbiqinin təhsil sahəsinin rəqəmsallaşmasına, ölkədə rəqəmsal transformasiyanın güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasına ciddi təkan verəcəyinə əminəm.

Düşünürəm ki, Təhsil Nazirliyi tez bir zamanda bu məsələyə diqqət yetirməlidir”.

İ. İsmayılbəyli

AzPolitika.info

Şərhlər

İlham 2019-10-07 08:56:49

DEPUTATLARIN, UNİVERSİTETLƏRİN, TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİN, TƏHSİL EKSPERTLƏRİNİN BU SUALINI DİSTANT TƏHSİLİN BÖYÜK FƏADAKARLIQLA QARŞISINI ALAN TƏHSİL NAZİRLİYİNƏ YÖNLƏNDİRMƏK LAZIMDIR. YƏQİN Kİ, GÜLMƏLİ SƏBƏB EŞİDƏCƏKSİNİZ!!!

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.