Azərbaycan çempionu avrokubokla vidalaşıb

Kişi həndbolçular arasında Azərbaycan çempionu “Məhsul” avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, “Challenge Cup”da çıxış edən Bakı klubu II mərhələnin cavab matçına çıxıb.

Azərbaycan təmsilçisi Norveçdə “Drammen” klubu ilə görüşüb. İlk matçda 16:38 hesabı ilə uduzan “Məhsul” qarşılıqlı razılığa görə Drammendə baş tutan ikinci görüşün nominal meydan sahibi olub.

Skandinaviyalılar ilk yarısında 20:12 hesabı ilə öndə olduqları qarşılaşmada yenə də qalib gəliblər – 36:22. “Məhsul”da Üzeyir Səlimov 6, Sergey Dubovik, Sabir Nəzərəliyev, Ramazan Muradov hərəyə 3, İslam Slemanov 2 qola imza atıb. Kamran Məmmədov, Aleksandr Serqunin, Emin Aydəmirov, Saleh Vəliyev və Hüseyn Aydəmirov hərəyə bir qol vurub.

Qeyd edək ki, hər iki oyunda uduzan “Məhsul” avrokubokla vidalaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar