“Allah mənim vəziyyətimə heç kəsi salmasın” - Ayaz Mütəllibov (VİDEO)

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Space TV”nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.

O, 10 min manat təqaüd aldığını bildirib:

“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, “Ayaz müəllim bu sizsiniz?” deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb-razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.

Baku.ws

635x100

Şərhlər

t.ədalət 2019-10-06 23:24:45

A. Mütəllibovun törətdiyi cinayətlər heç saya gəlməz.Xalqımıza olduqca baha başa gələn Daşaltı faciəsi ,Şuşanın verilməsi,20 Yanvar qətliamı və digər onlarla hadisə yüz il sonra da unudulmayacaq.Yadımdadır,A.Mütəllibovun şəxsi göstərişi ilə erməni mənzillərinə sığınmış ermənistan qaçqınları soyuq havada belə küçəyə atılır,Naxçıvan sakinləri reysə təyyarə verilmədiyinə görə həftələrlə Binə aeroportunda qalırdılar.Ayazın göstərişini yerinə yetirən "Bakı qoçuları" rayon camaatının qəniminə çevrilmişdilər..

Son yazılar