NAZİR PUL YIĞAN DİREKTORU İŞDƏN QOVUB! - Rəsmi açıqlama

Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərləri həmin məktəbdə olublar.

Məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəbin tikintisini aparıldığı müddətdə tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi qərara alınıb. Buna baxmayaraq, məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Həmin faktla bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırma aparıldığı müddətdə məktəbin direktoru Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

635x100

Şərhlər

müəllim 2019-10-07 16:15:35

...Balam,su başdan bulanır!Müəllimlərin maaşının artırılması əslində onların dərs yükünü azaltmaqla artıma səbb olmadı.Əksinə,maaşdan tutmalar,yığım mktəblərdə davam edir.Universitetlərdə isə danışmağa dəyməz.

Son yazılar