“Litvanı işğal etmək üçün Rusiyaya 3-4 həftə vaxt lazım gələrdi...” - Prezident

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvanın prezidenti Gitanas Nauseda bəyan edib ki, Rusiya ilə danışıqlar apamaq olar, ancaq kompromisə getmək lazım deyil. Bu barədə «CNN» xəbər verib.

«Əgər birtərəfli kompromisə getsən, onlar bunu zəifliyin təzahürü kimi qiymətləndirəcəklər» - Nauseda izah edib.

O, həm də Rusiya tərəfindən Litva ərazilərinin mümkün işğalı variantını şərh edib. «Rusiya hakimiyyəti Litvanı 36 saatdan tez ələ keçirmək qabiliyyətində deyil. Bu fəaliyyət üçün ona 3-4 həftə vaxt lazım gələrdi» - deyə, Litva ordusunun generallarının məlumatlarına istinad edən prezident bildirib.

Belə şəraitdə Litva NATO-nun köməyinə ümid edə bilər.

Yayılan məlumatlar və Şərqi Avrorpa ölkələrinin getdikcə artan narahatlıqları açıq-aydın göstərir ki, Rusiyanın Baltikyanı ölkələri işğal etmək niyyəti var və bu niyyət xeyli ciddidir.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar