Rus ordusunun ən güclü tankları - SİYAHI

ABŞ-ın nüfuzlu “Nəşnl İnterest” nəşri SSRİ və Rusiyada hazırlanmış ən yaxşı tankların siyahısını açıqlayıb.

Siyahının lideri T-14 "Armata" tankı seçilib. Nəşr “Armata”nın dünyanın ən təhlükəli tankı olduğunu yazıb. Siyahının ikinci pilləsində T-95 tankı qərarlaşıb. Mütəxəssislər onu ən ölümcül rus tankı kimi xarakterizə edib.

T-90 tanklarının isə rus ordusunun üçüncü nəsil tankları arasında ən geniş yayılan hərbi texnika olduğu qeyd edilib.

Dördüncü pillədə qərarlaşan Т-54/Т-55 tanklarının Suriyadan tutmuş İraqa qədər dünyanın müxtəlif bölgələrindəki müharibələrə cəlb olunduğu və onların dünyanın ən təcrübəli tanklarından sayıldığı bildirilir.

Əfsanəvi beşliyin sonuncusu isə T-34 tankları seçilib. Bu tankların daha qalın zirehləri ilə faşistlərlə mübarizədə ön plana çıxdığı qeyd edilir. Bundan əlavə T-34-lər dünyada ən çox itkiyə məruz qalmış tanklar hesab olunur. Nəşr bu amili həmin dövrdə tankçıların zəif hazırlığı ilə izah edir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar