PREZİDENT ƏLİYEV BAŞ NAZİRİ DƏYİŞDİ! – Parlament təsdiq etdi (Yeniləndi)

Milli Məclis bü gün keçirilən iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb. 105 deputat lehinə olmaqla, Prezidentin müvafiq təqdimatı təsdiq olunub. 

Yeni Baş Nazir Əli Əsədov deputatların qarşısında çıxış edərək, göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib.

***

Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

“Report” xəbər verir ki, məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Yeni Baş Nazir hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan Əli Əsədov olacaq.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

MM-in iclasında daha 13 məsələ də müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.

***

Yaxın günlərdə Azərbaycan hökumətində kadr islahatlarının növbəti və daha ciddi mərhələsinin başlanacağı gözlənilir.

“AzPolitika.info” xatırladır ki, hökumətdə ciddi kadr dəyişikliklərinə hazırlığın getdiyi, oktyabr-noyabr aylarında bu dəyişikliklərin reallaşacağına dair məumat və proqnozlar bir neçə aydır ki, dövriyyədədir. Yəni Prezident İlham Əliyevin növbəti gözlənilən və hətta gözlənilməz təyinatlara imza atacağını konkret məlumat və müşahidələrə əsaslanaraq proqnozlaşdıranlar az deyildi.

Bu gün günün ikinci yarısından başlayaraq isə, hökumət dəhlizlərində və siyasi çevrələrdə belə bir məlumat sürətlə yayılmağa başlayıb ki, Prezident İlham Əliyev ehtimal olunan dəyişikliklərə Baş nazir Novruz Məmmədovu vəzifəsindən götürməklə başlamaq haqda qərar verib. Hətta bir sıra mənbələr bu dəyişikliyin parlamentin sabahkı iclasında reallaşa biləcəyi ehtimalının da yüksək olduğunu iddia edirlər. Novruz Məmmədovu Baş nazir vəzifəsində əvəzləyəcək şəxsin adı da çəkilir – Prezidentin köməkçisi Əli Əsədov!

Parlamentdəki bir neçə mənbə “AzPolitika”nın müvafiq sorğusuna cavab olaraq, onlarda da belə məlumatın olduğunu təsdiq ediblər.

N.Məmmədovun istefaya göndəriləcəyi haqda məlumatlar nə dərəcədə ciddidir, demək çətindir. İstisna deyil ki, bu məlumatlar hansısa məqsədə xidmət edir. Hər halda sabah və ya yaxın günlərdə məsələ aydınlaşacaq. Lakin bir məsələ dəqiqdir ki, N.Məmmədovun, özünün də bu yaxınlarda etiraf etdiyi kimi, Baş nazir vəzifəsinə yaramadığı haqda əvvəllər də mövcud olmuş qənaət son vaxtlar daha da qüvvətlənib. Yəni N.Məmmədov istefaya göndərilərsə, bu, qətiyyən gözlənilməz qərar hesab olunmayacaq.

Lakin onun yerinə Əli Əsədovun namizədliyinin gündəmə gəlməsi kifayət qədər maraqlıdır və gözlənilməz hesab oluna bilər. Baxmayaraq ki, N.Məmmədovla müqayisədə iqtisadçı Əli Əsədov bu vəzifəyə daha çox layiqdir.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

O.B.N 2019-10-08 12:45:25

Azərbaycan təkcə naxçıvandan ibarət deyil ki,Test imtahanların nəticələri göstərir ki digər regionlardan da savadlı insanlar var.

Cəlil 2019-10-08 12:45:25

Əli Əsədovun pensiya yaşı çatmayıb? Özü də bir gör Nazirlər kabineti və Prezident apartında nə qədə Əli-lər toplaşıb.Onları necə tapıb yerləşdiriblər? Hələ familləri də eyni olanları var.Məsələn Əli Həsənovlar....

Edalet Namineye 2019-10-08 12:45:25

Siz ne danishirsiniz? Onlari evez edecek hakim var respublikada?Umumiyyetle hakim var? Yoxdur.Olsaydi,Konstitusiya Mehkemesi Qocalar evine oxshamazdi.Hansi hakime baxirsan ,yasi az qala 75-dir.Hakim yoxdur da onlari evez etsin!!

Ədalət Naminə 2019-10-08 12:45:25

Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin Sədrləri dəyişilməlidir. Həmin vəzifələrə ədalətli və təmiz insanlar qoyulmalıdır.

AAgahuseyn 2019-10-08 12:45:25

Baş Nazir vəzifəsinə ən layiqli namizədlər-VAHİD ƏHMƏDOV və ya-ƏLİ MƏNSİMOV ola bilər.

t.ədalət 2019-10-08 12:45:25

Prezident bu addımı atmaqla,heç olmasa iqtisadiyyatı bilən birisini Baş nazir gətirir.Novruz müəllimin yeri isə Dillər universitetinin,uzaqbaşı rektorluğudur..

Vətəndaş 2019-10-08 12:45:25

.... Bütün bunlar gözdən pərdə asmaqdan başqa bir şey deyil.

fikrət 2019-10-08 12:45:25

mən 1001 % deyirəm ya hadi rəcəbli ya əli həsənov ya səlim müslümov yada oktay əsədov başqa savadli adam yoxdu azərbaycanda

Vətəndaş 2019-10-08 12:45:25

Hamısı yalandır. Sabitlik ən böyük vacibatdır, islahatdır. Sabitlik, sabitlik, yenə də sabitlik. Davalı yerdə ot bitməz.

Elşad 2019-10-08 12:45:25

Hacıbəlanın bəxti açıldı deyəsən. Əsl onun yeridir. Xeyirli olsun.

Yengibar 2019-10-08 12:45:25

Niye Artur Rasizade yox?

miri 2019-10-08 12:45:25

Bu məmləkətin idarəolunma hüququnu əlindən alanlar kadr islahatı nə olduğunu adı vətəndaşdan da pis dərk (?) edir. Əli getsin Vəli gelsin, Vəli getsin Pirvəli gəlsin nagilina heç qonşu Fatmanisə xala belə inanır. Ona görədə "bu dəyirmanın çax-çuxu baş agritmaq"dan başqa faydası olmaz.

Amon 2019-10-08 12:45:25

Vitse prezidentlik institutu yaranannan sonra bas nazir yan xett hakimi kimi birseydi

seymur 2019-10-08 12:45:25

sehiyyw nazirini deyish

omer 2019-10-08 12:45:25

Eger dogurdanda bele bir sey olarsa,mence bas nazir Eli Hesenov olar..cunki o hele o vaxti gozleyirdi bu vezifeni mence..xeyirli olsun

Mirzə AĞ 2019-10-08 12:45:25

Hamısı bir bezin qırağıdır - rüşvət, korrupsiya...

Son yazılar