Akif Muradverdiyevin istintaqı yekunlaşır

Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin istintaqı yekunlaşmaq üzrədir. Bunu “Media forum”a vəkil Rəşad Mirmehdizadə deyib. Vəkil qeyd edib ki, istintaqın bitməsinin oktyabrın 28-də elan olunacağı gözlənir.

Rəşad Mirmehdizadə Akif Muradverdiyevin səhhətinin ağır olaraq qaldığını vurğulayıb: “Onun tibbi hissəyə köçürülməsi ilə bağlı təcridxana rəhbərliyinə etdiyimiz müraciətlərə heç bir cavab verilməyib”.

Akif Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, o, Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə qızıl pul sikkələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib.

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. O, MTN-in təcridxanasında saxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar