Ukrayna prezidentinin oğlu könüllü olaraq orduya yazılıb

Ukrayna prezidenti Petro Poroşenkonun oğlu könüllü olaraq orduya yazılıb və hazırda cəbhə bölgəsindədir.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko bunu CNN-ə müsahibəsində deyib.

P. Poroşenko bildirib ki, ukraynalılar təhlükəyə qarşı durmağa və döyüşməyə hazırdır: “Bu, adi bir söz deyil. Mənim oğlum oradadır. Könüllü gedib. O, London İqtisad Məktəbini, Oksfordu, İNSEAD-ı (Fransız Biznes Məktəbi) bitirib. İndi artilleriya bölməsindədir. Son üç gündə onun taqımında 3 döyüşçü həlak olub”.

P. Poroşenko bir vətəndaş və bir ata kimi sülhün nə qədər vacib olduğunu anladığını da vurğulayıb.

Qeyd edək ki, P. Poroşenkonun iki oğlu var – böyük oğlu Aleksey 1985-ci il, kiçik oğlu Mixail isə 2001-ci il təvəllüdlüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar