“ELƏ BİLİRLƏR BAŞ NAZİR OLMAQ ASANDIR...” – Artur Rasizadə

“Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir”.

Bu fikirləri Modern.az-a sabiq Baş nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, Baş nazirlik heç də asan vəzifə deyil: “Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutumuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib: “Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Novruz Məmmədovu istefaya göndərərək, Baş nazir vəzifəsinə Əli Əsədovu təyin edib.

635x100

Şərhlər

Mirzə AĞ 2019-10-08 14:38:11

Əlbəttə, prinsipsiz, mövqesiz adamlar üçün laaap asandır!

Rasim 2019-10-08 14:38:11

Mən uzun müddət dövlət qulçuğunda işləyirəm. Ölkə iqtisadiyyatını bu günə salsn şəxs Artur bəydir. Tam məsuliyyətimlə deyirəm, o işlədiyi dövrdə ortada yeyib, qıraqda gəzib. Yəni yalnız özü üçün işləyib. İndi qəhrəmən kimi danışır. Nə isəə....

O.B.N 2019-10-08 14:38:11

Əlbətdə asan deyil.kişi kimi Qafqazda ən böyük ağır sənaye ölkəsin,qafqazın ən geridə qalmış aqrar ölkəsinə çeviirdiniz.SSRİ-də yeganə son Yapon texnalogiyası ilə tikilmiş kondisioner zavodunu xaraba qoydunuz,hansıkı AzKP-in birinci katibi H.Əliyev böyük zəhməti hesabına başa gəlmişdi.Bu gün Belarusiya,Orta Asiya o dövrdən qalan sənaye hesabına yaşayır.Özbək təyyarə istehsal edir,neftsiz 20 milyon əhalini saxlayır.

Həsə Kərimov 2019-10-08 14:38:11

Sənin kimi baş nazir hamıdan olar.Amma ölkəyə Rus qoşunlarını nahaq çağırıb o qədər adamın qanını tökməyə bais oldun.ay Artur! Allahın lənətindən çətin qurtarasan.

EJDER 2019-10-08 14:38:11

HA HA HA MALADES,EN ASANDI XIYARDI,DUZLU OLSA LAP YAXWI.ARTUR MALIM BU CIXIWINIZI HANSI DILDE ETDINIZ,RUS DILI OLAR,,QARDAWIMIZIN,,DILI,HIYYYY

cəngərlik sakini 2019-10-08 14:38:11

güya orada kiminsə oturmasının fərqi varmı?

Son yazılar