Milli Şura Bakıda piket keçirib - FOTOLAR (Yenilənib)

Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirib. Piketdə maksimum 50 nəfər iştirak edə biləcəyi halda, əraziyə bundan çox adam toplaşıb.

Bu səbəbdən piketdən öncə polislərlə iştirakçılar arasında kiçik insidentlər baş verib. Polislə mübahisə edənlərdən bir neçəsi saxlanılıb. İştirakçılar əraziyə sayılaraq buraxılıb. Piketə rəhbərliyi AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı öz üzərinə götürüb.

Piketin sonunda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ibrahim İbrahimli piketin qətnaməsini BŞİH-ə təqdim edib.

635x100

Şərhlər

dadaşyev 2019-10-08 15:18:49

A bala,a millət,özünü yorma.Bil və agah ol ki,kiçik xalqların taleyi böyük ölkələrdə həll olunub,olunur və olunacaq.Dünyanın qüdrətli ölkələrinə bizim neftimiz,qazımız,osetrinimiz,ağ-qırmızı kürümüz lazımdı.Onlara bunları vaxtlı-vaxtında veririksə sən,mən,Şərəbanı xala,Çolaq Abdülkərim,Leş Cahangir,Eşşək İsfəndiyar,filan-peşməkan nələrinə lazımdı?Afrikanın Cibutisi,Fil Dişi sahili,Konqosu,Nigeriyası bizə necə uzaqlardan uzaq görünürsə biz də Amerikaya,Avropaya elə görünürük.El gücü sel gücü-filan nağıldı.

Eli 2019-10-08 15:18:49

Piketcilerden cox , polisderdiki ...

Son yazılar