Ombudsmanın nümayəndələri Leyla Yunusla görüşdülər

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq (İT) təcridxanasında araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmada məqsəd bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Leyla Yunusovanın təcridxanada saxlanma şəraiti və rəftar ilə bağlı Müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması olub.

Qeyd edilib ki, L.Yunusovanın saxlandığı kameraya baxış keçirilib, onunla bir yerdə saxlanılan digər 5 qadınla təklikdə görüş olub.

Baxış zamanı kameranın şəraitinin standartlara uyğun olduğu, sanitar qovşaq istisna olmaqla, adambaşına 4.3 kvadratmetr sahə düşdüyü, sanitariya qaydalarına riayət edildiyi, kameraya aid gəzinti yerinin (üstü açıq) səhər saat 10-00-dan axşam saat 17-00-dək açıq olduğu, digər vaxtlarda isə pəncərəni açmaqla otağın havasının dəyişdirildiyi müəyyən edilib.

Adlarının mətbuatda çəkilməsini istəməyən həmin təqsirləndirilən şəxslər saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Təqsirləndirilən şəxslərdən N.H. bəzi kütləvi informasiya vasitələrində onun adının çəkilməsi və cəmiyyətə mənfi xarakterli insan kimi təqdim edilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu bildirib, ümumiyyətlə, siqaret çəkmədiyini söyləyib.

L.Yunusova və kamerada olan 3 nəfər digər 2 şəxsin siqaret çəkməsinin onlara narahatlıq yaratmadığını bildiriblər.

Həmin şəxslər L.Yunusova ilə N.H. arasında narazılığın olduğunu bildirsələr də, onlardan birinin digərinə xəsarət yetirməsinin şahidi olmadıqlarını söyləyiblər.

Leyla Yunusovanın əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı qaldırdığı məsələ yerində araşdırılan zaman məlum olub ki, İstintaq təcridxanasının bir korpusunda aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığından yerdəyişmə məsələlərində çətinlik yaranıb.

Araşdırmanın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar