Donald Tusk “Brexit”lə bağlı Boris Consona sərt xəbərdarlıq edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk “Brexit”lə bağlı Böyük Britaniyanın Baş Naziri Boris Consona sərt formada xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, D. Tusk “Twitter”də B. Consona xitab edib.

“Razılaşma istəmirsən, “Brexit”in vaxtının uzadılmasını istəmirsən, “Brexit”i ləğv etmək istəmirsən, bəs belə etməklə, hara gedirsən? Burada söhbət hansısa axmaq günahlandırma oyununda kimin qazanmasından getmir. Əsl məsələ Avropa və Böyük Britaniyanın gələcəyi, vətəndaşlarımızın təhlükəsizliyi və maraqlarıdır”, - deyə D. Tusk qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar