Putin interneti tam kəsmək məsələsini müzakirəyə çıxarır

Rusiyada ekstremal vəziyyətlərdə internetin tamamilə kəsilməsi variantı Təhlükəsizlik Şurasınınprezident Vladimir Putinin sədrliyi ilə keçiriləcək iclasında müzakirə olunacaq.

Virtualaz.org saytı xəbər verir ki, “Vedomosti” həftəliyi bu müzakirələrin sentyabrın sonlarında olacağını yazıb.

Xəbərdə bildirilir ki, artıq internet provayderlərə bu haqda xəbərdarlıq edilib.

Rusiya Kommunikasiyalar və Rabitə Nazirliyində xüsusi xidmət orqanlarının iştirakı ilə keçirilmiş təlimlər zamanı üzə çıxıb ki, Rusiya internet məkanı xarici müdaxiləyə çox açıqdır və riskləri minimallaşdırmaq üçün internetin tamamilə kəsilməsi variantı da müzakirə edilməlidir.

Məlumata görə, Rusiya Təhlükəsizlik Şurasının iclasında internetin Rusiya seqmentinin möhkəmləndirilməsi yolları müzakirə olunacaq. Bu zaman ümumdünya “hörümçək torundan” əlaqəni kəsib Rusiya ərazisində ayrıca şəbəkənin yaradılması variantı da müzakirə ediləcək. Gözlənildiyinə görə, internet provayderlərin üzərinə bununla bağlı xüsusi öhdəlik qoyulacaq. Onlar öz sistemlərini elə qurmalı olacaqlar ki, Rusiyada hərbi əməliyyatların və ya xalq etirazlarının başlayacağı təqdirdə xüsusi göstəriş əsasında runet qlobal internet şəbəkəsindən ayrılsın.

Xatırladaq ki, bundan əvvəl “ərəb baharı” zamanı Misir, Suriya, Liviya kimi ölkələr interneti kəsiblər. Buna baxmayaraq etirazçılar yerli hökumətlərin başı üzərindən qlobal şəbəkəyə qoşulmağın yollarını tapırdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar