Rusiyanın baş naziri Dmitri Medvedev Əli Əsədovu təbrik edib

Rusiyanın baş naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, D.Medvedev Əli Əsədova göndərdiyi teleqramda onunla birlikdə aktiv əməkdaşlıqdan məmnun olacağını qeyd edib.

Rusiya hökumətinin başçısı Rusiya və Azərbaycanın bir-birilərinə dostluq və tərəfdaşlıq münasibətləri ilə bağlandığını, ticarət, iqtisadi və investisiya əməkdaşlığının davamlı inkişaf etdiyini, enerji sektorunda, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələrin həyata keçirildiyini vurğulayıb.

“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, - deyə Medvedev qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar