Baş prokurorun diplomunun saxta olduğu üzə çıxıb - İstefası tələb olunur
Baxiş sayı:
Dərc olunub:
09/10/2019 - 11:16
Gürcüstanın baş prokuroru Şalva Tadumadzenin istefası tələb olunur.
“Report”un yerli bürosu xəbər verir ki, buna onun ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub.
Sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.
Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.
Parlament müxalifəti Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.
Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokurorudur.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.