Nöqtə qoyuldu - 55,4%

Şotlandiyada sentyabrın 18-də keçirilmiş müstəqillik referendumunun qəti nəticəsi açıqlanıb. “Media forum” saytı xəbər verir ki, yekun hesablamaya görə, seçicilərin 55,4%-i Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına tərəfdar çıxıb.

Müstəqillik tərəfdarlarının və əleyhdarlarının liderləri referendumun nəticələrini tanıyıblar.

Səsvermənin nəticələrini qələbə adlandıran Böyük Britaniyanın baş naziri Devid Kemeron Edinburqa yeni suverenitet elementləri vəd edib.

Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar