TÜRKİYƏ ORDUSU HƏRƏKƏTƏ KEÇDİ! – Quru əməliyyatları başladı

Dərc olunub: 10/10/2019 - 08:15

APTOPIX Turkey US Syria“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz və Suriya Milli Ordusu “Barış bulağı” əməliyyatı çərçivəsində quru ərazidən hərəkətə başladı”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bu barədə yazılıb.

Nazirlikdən bildirilən açıqlamada qeyd edilib ki, Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, əraziyə sülh və əmin-amanlıq gətirmək üçün bu əməliyyat başlanıb.

Quru ərazidən hərəkata müdafiə naziri Hulusi Akar, baş qərargah rəisi Yaşar Gülər, “Barış bulağı” Əməliyyatları Silahlı Qüvvələr Komandanlığı və Əməliyyat Mərkəzinin komandirləri nəzarət edirlər.

“Türkiyə ordusu şərqə doğru hərəkətini davam etdirir”, – Müdafiə Nazirliyi məlumat verir.

“Əməliyyatda iştirak edən qəhrəman hərbçilərimiz Fərat çayından şərqə doğru irəliləməkdə davam edir”, - nazirliyin “Twitter”də yaydığı məlumatda belə deyilir.

Qeyd edək ki, oktyabrın 4-də Suriyanın terrora qarşı mübarizə aparan 3 hərbi qüvvəsi – “Fərat Qalxanı” Əməliyyatları, “Zeytun Budağı” Əməliyyatları və İdlip ünsürləri Milli Ordu (Ceyşül Vatani) adı altında birləşərək Suriya Müvəqqəti Hökumətinin Müdafiə Nazirliyinin tabeçiliyinə keçib.

Suriya Müvəqqəti Hökumətin başçısı Abdurrahman Mustafa bildirib ki, bu birliyin məqsədi Fəratın cənubundakı yurd-yuvaları dağıdılıb didərgin düşən suriyalıları bu zülmdən qurtarmaq və Türkiyənin terrora qarşı mübarizəsinə dəstək verməkdir.

***

778b6ded-5485-436b-a29e-1adec0198d9aTürkiyənin Silahlı Qüvvələri Suriyada “Barış pınarı” əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrindəki sığınacaqlarına zərbələr endirib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

“Barış pinarı” əməliyyatı çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağına zərbələr endirib”, – deyə xəbərdə bildirilir.

Məlumata görə, terrorçular tərəfindən Türkiyənin Nusaybin rayonuna raket mərmiləri atılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

***

ERDOQ

“Türkiyə Silahlı Qüvvələri  Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Barış Pınarı” Hərakatına balamışdır”.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan özünün Tvitter hesabından elan edib.

Türkiyə Prezidenti bildirib ki, məqsəd Türkiyənin cənub sərhəddindəki terror koridorunu aradan qaldırmaqdır.

Ərdoğan hərbi əməliyyatların “Barış Pınarı” kod adlı ilə keçirildiyini bildirir. “Ölkəmizə yönəlmiş terror təhdidini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə dönmələrinə imkan yaranacaq, bütün bölgə xalqını terrorun cəngindən xilas edəcəyik”,-Ərdoğan bildirib.

1620382_2_cover_rect

Qeyd edək ki, Türkiyə ordusu bir qədər əvvəl aniterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.Ərdoğanın hərbi əməliyyatların başlanmasını elan etməsindən az sonra Türkiyə aviasiyası Suriyanın şimalındakı Resulayn bölgəsində YPG mövqelərinə zərbələr endirib. Hərbi əməliyyatların başlanmasından əvvəl Türkiyə xüsusi təyinatlılarının vurulcaq hədəflərin koordinatlarını təsbit etmək üçün Suriyaya keçdiyi bildirilir.

erdogan_putin-azeuro-1Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlərin telefon söhbətinin gündəmini Türkiyə ordusunun Suriyada planlaşdırdığı hərbi əməliyyat təşkil edib.

Ərdoğan söhbət zamanı sözügedən əməliyyatın Suriyada sülh və əmin-amanlığın bərpasına yardım edəcəyini bildirib.

O, daha sonra Suriya xalqının haqq və mənfəətlərinin Türkiyə üçün vacib olduğunu vurğulayaraq, Rusiyanın proseslə bağlı nümayiş etdirdiyi mövqeni təqdirəlayiq adlandırıb.

AzPolitika.info

11

12

 








loading...


Fikrinizi bildirin