Azərbaycan AES tikintisi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".

Qeyd edək ki, Rusiya dövlət nüvə enerjisi üzrə ROSATOM-un baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanda AES inşa etməyi təklif edib.

635x100

Şərhlər

t.ədalət 2019-10-09 13:20:54

"Moderator.az" saytında mərhum prezident Heydər Əliyevin AES-lə bağlı çox dəyərli fikri verilib.Məncə,bizim hakimiyyət Heydər Əliyevin həmin fikrini nəzərə alaraq, Rusiyanın növbəti bir fəlakət yarada biləcək planına "hə" deməz.

Oqtay 2019-10-09 13:20:54

Biz xaricə enerji satırıq bizim nəyimizi lazımdır ikinci Çernobıl Azərbaycanda .Rusiya öz malını zorla soxmaq istəyir Bəs deyilmi bizim hesabımıza Rusiyaya öz problemlərini həll etmək..Satılmayan silahını alırıq və hərbi sənaye kompleksini gücləndiririk yeni iş yerləri açırlar Erməninin dostu bizim düşmənimizdir

Drongo 2019-10-09 13:20:54

Hmmm... buradan “otkat” iyisi gelir, gizlin „otkat“ emeliyyatlarinin mahir ustasi-şahbazova görəsən ruslar nələr vəd ediblər? Görünür, ele şeyler ved edibler ki, o, bu defe de vicdanını unutmağa məcbur olub....

Son yazılar