"Milan" yeni baş məşqçisini açıqlayıb

İtaliyanın "Milan" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Stefani Pioliyə həvalə olunub. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. İtaliyalı məşqçi bu postda həmyerlisi Marko Campaolonu əvəzləyib.

Qeyd edək ki, Stefano Pioli isə son olaraq "Fiorentina" komandasına rəhbərlik edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar