Ermənilər dünyadakı dostlarını Xankəndinə toplayır

Dərc olunub: 09/10/2019 - 14:33

modern.az_araaa_505Oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində növbəti toplantı keçiriləcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Arstaxın dostları fondu”nun təşkil etdiyi tədbirdə qondarma Dağlıq Qarabağ Respublikasının dünyada tanınması üçün addımlar müzakirə olunacaq.

Tədbirə 30 ölkədən 150 şəxs qatılacaq. Qonaqlar arasında Avropa və ABŞ-da yaşayan “Daşnaksütyun” partiyasının üzvlərinin olacağı gözlənilir.








loading...


Fikrinizi bildirin