Müsavat başqanlığına namizədlər Arif Hacılını ittiham ediblər

"Müsavat Partiyasının son 5 ildə idarəçiliyi ürəkaçan olmayıb. Partiya hadisələrin önündə deyil, arxasınca deyil. Partiya özünə marağı itirib. Arif Hacılı partiyada ikinci lider olmağı üstün tutub".

"Report"un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı namizədlərin debatında deyib.

Y.Sadıqlı qeyd edib ki, partiya başqanı dəyişməlidir.

Y.Sadıqlının sözlərinə görə, təşkilatda gənclərlə bağlı vəziyyət ürəkaçan deyil: "Arif Hacılının başqan olduğu dövrdə gənclərlə, plüralizmlə bağlı vəziyyət qənaətbəxş deyil. Başqanlığa namizəd olduğumu bildirəndə, baş verənlərdən təəssüfləndim. Əleyhimə kampaniya aparılırdı".

Başqanlığa namizəd Tofiq Yaqublu da çıxışında deyib ki, partiyaya axın olması üçün cəlbedici olmalıdır, bunun üçün fəaliyyət göstərmək lazımdır: "Bəzən tənqidi fikirlərimi hökumətə işləmək kimi dəyərləndiriblər. Bütün baş verənlər üzücüdür".

Başqanlığa namizəd Arif Hacılı bildirib ki, partiyada plüralizm prinsiplərinə mümkün qədər əməl olunub: "Müsavat Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, seçkilərə qatılıb. Partiya başqanını açıq tənqid etmək plüralizmin göstəricisidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar