“İbtidai siniflərdə dərsin başlanma vaxtı dəyişdirilə bilər” - Təhsil Nazirliyi

İbtidai siniflərdə dərslərin başlanma vaxtı dəyişdirilə bilər. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, ibtidai siniflərdə dərslərin başlanma saatı valideynlərin ümumi razılığı nəzərə alınaraq dəyişdirilə bilər: “Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”də göstərilir ki, ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası yerli şəraitə uyğun olaraq müəssisənin iş rejimində dəyişiklik etmək səlahiyyətinə malikdir.

Bu səbəbdən dərslərin başlanma vaxtı məsələsinə valideynlərin ümumi rəyi nəzərə alınmaqla müəssisənin Pedaqoji Şurası tərəfindən baxılıb müvafiq qərar qəbul oluna bilər”.

Qeyd edək ki, ibtidai sinif şagirdlərinin valideynləri uşaqların erkən saatlarda məktəbə getməkdə çətinlik çəkdiyini və bu səbəbdən də dərslərin başlanma saatının mümkün qədər geri çəkilməsini istəyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar