BMT maliyyə böhranı yaşayır - Baş katib «pul axtarır»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş oktyabrın 8-də beynəlxalq təşkilatın gələn ilə olan büdcəsini üzv ölkələrə təqdim edib. Onun həcmi 2,94 milyard dollar təşkil edir.

İlk dəfə olaraq, sənəd yalnız 1 ili əhatə edir. Bundan əvvəl təşkilatın büdcəsi 2 ili əhatə edirdi. Sənəd BMT Baş Məclisinin Beşinci komitəsinə təqdim olunub (komitə büdcə məsələləri ilə məşğul olur). Bu bardə BMT-nin xəbər xidməti məlumat verib.

Baş katib rəhbərlik etdiyi təşkilatın yaşadığı maliyyə böhranından danışıb. O, qeyd edib ki, yeni təşəbbüslərə və mövcud proqramların genişləndirilməsinə baxmayaraq, ötən illə müqayisədə, təşkilatın büdcəsi artmayıb.

Bu zaman təşkilatın inzibati başçısı BMT katibliyində 96 postun ixtisar olunduğunu xəbər verib və bildirib ki, xüsusi siyasi missiyalar üçün 644 milyon dollar vəsait ayrılıb.

Büdcə layihəsi həm də əlavə maliyyələşdirmə proqramlarını nəzərdə tutur. Bu proqramlar dayanıqlı inkişaf Məqsədləri və BMT personalının təkmilləşdirilməsi kursları ilə bağlıdır.

Myanma və Suriyada baş verən hadisələrin araşdırılması fəaliyyəti üzrə komissiyanın işi və «İslam dövləti» terrorçu təşkilatın cinayətlərinin araşdırılması üçün BMT 18 milyon dollar «sifariş verib».

Büdcədə həmçinin 60 müvəqqəti iş yerinin yaradılması nəzərdə tutulur. Bunlar Suriya üzrə araşdırmalar üçün Beynəlxalq müstəqil mexanizm çərçivəsində fəaliyyət göstərməlidir.

«Biz, indiki büdcənin icrası üçün nəzərdə tutulmuş qrafikə uyğun gəlməyən qərar qəbul edirik və bu zaman konkret əldə olan vəsitin həcmindən çıxış edirik» - deyə, Baş katib qeyd edib. O, izah edib ki, qənaət mənbələri kimi, əməkdaşların ezamiyyə xərclərindən imtina edilməsinə və planlaşdırılmış tədbirlərin ləğv olunmasına getməli olurlar.

İndi BMT-də ehtiyatlanırlar ki, gələn il üçün büdcəni qəbul edərkən, üzv ölkələr bugünkü xərc rejiminə oriyentasiya edə bilərlər, amma bugünkü rejim məcburi xarakter daşıyır və təşkilatın tam həcmli fəaliyyətini təmin etməyə imkan vermir. «Ona görə də mən, sizdən xahiş edirəm ki, 2020-ci il üçün büdcəni ixtisar etməyəsiniz. Bu, onsuz da həyəcan doğuran mövcud vəziyyəti yalnız pisləşdirər. Bunun əvəzində, mən israrla cağırış edirəm ki, sadəcə, ortada omadığı səbəbilə xəclənməyən vəsaitin gələcəkdə istifadə edilməsi üçün bizə icazə verəsiniz» - deyə, Quterriş bildirib.

Məlumat üçün bildirək ki, beynəlxalq təşkilatın (BMT - red.) büdcəsi üzv ölkələrin ödədiyi üzvlük haqlarından formalaşır. Üzvlük haqqının məbləği üzv dövlətin iqtisadiyyatının həcminə görə müəyyən olunur. Həm də sülhməramlı missiyalar üçün ayrıca büdcə var. Üzv ölkələrin heç də hamısı üzvlük haqqını vaxtında ödəmir. Hazırda il başa çatmaq üzrə olsa da təşkilatın büdcəsinə ödənilməli olan məbləğin yalnız 70 faizi daxil olub. Bu istiqamətdə öz öhdəliyinə 193 ölkədən yalnız 129-u əməl edib. Bu səbəblə, işçilərin əmək haqqının ödənilməsi və digər cari xərclər üçün BMT rəhbərliyi vəsait axtarışına baş vurmalı olur. Bu zaman rəhbərlik sülhməramlı «kassa»ya da üz tutmalı olur. Amma Quterriş qeyd edib ki, hazırda bu mənbə də tükənmək üzrədir…

Bütün bunlarla bərabər, maraqlıdır ki, ordan-burdan «borc» almaq üçün «vurnuxan» BMT rəhbərliyi nədənsə, əməkdaşlarının əmək haqqının bir qədər ixtisar edilməsi variantını «unudur». Məlumdur ki, BMT çətiri altında fəaliyyət göstərən şəxslər kifayət qədər yüksək əmək haqqı alırlar…

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Bəhi 2019-10-09 19:40:40

Hörmətli Baş Katib A.Quttereş, Siz və aparıcı ABŞ, B.Britani, Fransa, Çin liderləri Ermənistan kimi BMT qərarını icra etməyən işğalçı dövləti BMT üzvlüyündən çıxarmırsınız? Yarım milyon ailəsinin evlərinin hərbi işğalda saxlanmasından hər il milyardlar itirən Azərbaycan da üzvlük haqqı ödəməlidirmi?

Son yazılar