Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb
Baxiş sayı:
Dərc olunub:
09/10/2019 - 19:00
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçilik etdiyi komanda norveçli həmyaşıdları ilə üz-üzə gəlib.
Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən qarşılaşma Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 6-cı dəqiqədə Elnur İbrahimov avtoqol müəllifi olub.
Qeyd edək ki, U-19 növbəti matçını oktyabrın 12-də meydan sahibi olan Çexiyaya qarşı keçirəcək.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.