Goranboyda minik maşını traktorla toqquşub, xəsarət alanlar var

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xınalı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2112" markalı minik maşını ilə traktorun toqquşması nəticəsində birincinin sürücüsü və iki sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar