İlham Əliyev MDB sammitinə gedir

10-11 oktyabr tarixlərində Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçiriləcək. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Virtualaz.org bildirir ki, Prezident İlham Əliyev bu məlumatı bu gün Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təsdiqləyib.

Aşqabadda keçiriləcək görüş zamanı Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra məsələlərin müzakirəsi, habelə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılması planlaşdırılır.

İclasın gedişatında bir sıra sənədlər, o cümlədən MDB-yə sədrliyin 2020-ci ildə Özbəkistan Respublikasına keçməsi haqqında qərar, Strateji iqtisadi əməkdaşlıq haqqında bəyannamə, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində dovet xalqının Qələbəsinin 75 illiyi münasibətilə MDB dövlət başçılarının Birlik xalqlarına və dünya birliyinə müraciəti, terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə sahəsində 2020–2022-ci illər üçün əməkdaşlıq proqramı qəbul ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar