“Psixolinqvistika: Uşaqların xarici dilləri mənimsəməsi” kitabı işıq üzü gördü – FOTO

Dərc olunub: 10/10/2019 - 00:22

1Azərbaycanda psixolinqvistika elmi əsasında ikinci dilin mənimsəməsindən ilk elmi tədqiqat işi aparılıb.

BakuPost.az xəbər verir ki, “Psixolinqvistika: uşaqların xarici dilləri mənimsəməsi” adlı kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Musavidir. Metodik vasitə rus dilində qələmə alınıb və üç yarımbölmədən ibarətdir.

Monoqrafiyalar toplusunun təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda baş tutub. Tədbirdə iştirak edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Baltikyanı dövlətlərin ən böyük məktəbi sayılan Riqa Klassik Gimnaziyasının müdiri Roman Əliyev, filologiya elmləri doktoru Roza Eyvazova, professor Mayıl Əsgərov və digər alimlər çıxışlarında qeyd ediblər ki, “Psixolinqvistika: uşaqların xarici dilləri mənimsəməsi” kitabı linqivistika sahəsində çalışan müəllimlər üçün əhəmiyyətli metodik vəsaitə çevriləcək.

Təqdimatda çıxış edən kitabın müəllifi Zülfiyyə Musavi uşaqların xarici dili mənimsəməsinin vacib məsələ olduğunu, onun həllinin kitabda tapıldığını diqqətə çatdırıb. Müəllifin sözlərinə görə, ölkəmizdə ilk dəfə olaraq, kitabda psixolinqvistikanın bilinqval tərəfinə toxulunub. Bundan başqa, kitabda Azərbaycanda və xaricdə uşaq nitqi, eyni zamanda uşaq ikidilliliyi məsələləri ilə bağlı tədqiqatın nəticələri göstərilib. Əsər zəngin elmi ədəbiyyatın təhlili əsasında yazılıb.

Ön sözün müəllifi professor Qəzənfər Kazımovdur.

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

2








loading...


Fikrinizi bildirin