Noyabrda ardıcıl 3 gün iş olmayacaq

Dərc olunub: 10/10/2019 - 09:49

f42a1b1f-be4d-4803-bcca-f51db351cc98Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

“Report” xəbər verir ki, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl 3 gün – noyabrın 9-i, 10-u (bazar günü), 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.






loading...


Fikrinizi bildirin